DÜNYA


Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahında araşdırma başlayıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Türkiyənin istintaq qrupu jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı təhqiqat çərçivəsində axtarış aparmaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulunun iqamətgahına gəlib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, təhqiqat aparılması üçün yaradılan işçi qrupunun Səudiyyə Ərəbistanından olan üzvlərinin də oktyabrın 16-da Türkiyəni tərk etmiş Məhəmməd əl Uteybinin iqamətgahında olduğu bildirilir.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu bir gün əvvəl Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat çəkən baxış keçirib.

Bəzi KİV-lər jurnalistin diplomatik missiyanın binasında qətlə yetirildiyini iddia edirlər.

Camal Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibəti ilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.