DÜNYA


Səudiyyə Ərəbistanının Kralı və vəliəhd şahzadəsi orqan donorları sırasına qoşulublar

Qahirə, 12 may, AZƏRTAC

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman krallığın Orqan Transplantasiyası Mərkəzində donor qismində qeydiyyatdan keçiblər. AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Kral ailəsinin başçıları bu addımı humanitar jest olaraq atıblar. Agentlik yazıb ki, Kral Salmanın nəcib təşəbbüsü ölkə vətəndaşları üçün örnək olmalıdır.

Səudiyyə Ərəbistanının Orqan Transplantasiyası Mərkəzi Kral Salman bin Əbdüləzizin təşəbbüsü ilə keçmiş Böyrək Transplantasiyası Mərkəzinin bazasında yaradılıb. Burada ürək, böyrək, qaraciyər və ağciyər nəqli həyata keçirilir. Kral ailəsinin digər üzvlərini də donor qismində qeydiyyatdan keçdikləri bu mərkəz Yaxın Şərqin sözügedən profil üzrə ən böyük səhiyyə ocağıdır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.