DÜNYA


Səudiyyə Ərəbistanının Tabuk regionu qar örtüyünə bürünüb VİDEO

Qahirə, 2 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib.

Sakinlər ağ örtüyə bürünmüş dağların ətəyində tonqal qalayıb, Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qonşu ölkə Qətərdən də turistlər Cəbəl Əl-Ləvz bölgəsinə axın ediblər. Onlar bu ərazidə özlərini Avropadakı kimi hiss etdiklərini deyiblər.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, meteoroloqlar Tabuk regionunda qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.