Səudiyyə Ərəbistanının astronavtları Beynəlxalq Kosmik Stansiyaya daxil olur
AzerTAg.az

Bakı, 22 may, AZƏRTAC
Səudiyyə Ərəbistanının astronavtları Rayyanah Barnavi və Əli Əl-Qarnini daşıyan “Dragon” kosmik gəmisinin kapsulunun qapısı Beynəlxalq Kosmik Stansiyanın (BKS) girişinə birləşib. Beləliklə, bu gün ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa yollanan astronavtlar gecə saatlarında BKS-ə daxil olacaqlar.
AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, kosmosa çıxan ilk səudiyyəli qadın alim Barnavi və təlim keçmiş döyüş pilotu Əl-Qarni amerikalı astronavtlar Peqqi Uitson və Con Şofnerlə bilikdə BKS-də olan rusiyalı, amerikalı və Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarlarına qoşulacaqlar.
Əvvəllər kosmosa üç dəfə səyahət etmiş NASA-nın keçmiş astronavtı olan missiya komandiri Uitson kapsulun BKS-yə birləşməsi əməliyyatını “çox uğurlu” adlandırıb.
Səudiyyə Ərəbistanı astronavtlarının iştirak etdiyi “Ax-2” kosmik missiyası Krallığın nümayəndələrinin BKS-yə ikinci uçuşudur.
Xəbərin mətnində orfoqrafik səhv var