DÜNYA


Səudiyyə Ərəbistanının baş prokuroru Camal Kaşıkçı işi ilə bağlı İstanbula gəlib

Bakı, 29 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib Camal Kaşıkçının qətli ilə bağlı təhqiqat çərçivəsində İstanbula gəlib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Əl-Muacibin şəxsi təyyarəsi ötən gecə “Atatürk” hava limanına enib. Səfər zamanı o, İstanbulun Baş prokuroru İrfan Fidanla görüşəcək. Həmçinin Əl-Muacibin qətlin baş verdiyi Baş konsulluqda yoxlama aparacağı da gözlənilir.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər saxlanılıb. Onların şəxsiyyəti açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.