DÜNYA


Səudiyyə Ərəbistanının kral ailəsi vəliəhd şahzadə üçün varis axtarır

Bakı, 18 oktyabr, AZƏRTAC

Jurnalist Camal Kaşıkçının itkin düşməsi ilə bağlı Ər-Riyada təzyiqlərin artması səbəbindən kral ailəsi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud üçün varis axtarmağa başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kral ailəsinin 7 əsas tayfasının nümayəndələrini birləşdirən “ağsaqqallar şurası” artıq bir neçə gündür bağlı qapılar arxasında bu məsələ ilə bağlı müzakirələr aparır. Bir çox ekspertlərin fikrincə, şura vəliəhd şahzadənin müavinini təyin edə bilər. Bu vəzifə 2017-ci ilin iyununda, Məhəmməd bin Salman Əl Səud taxt-tacın rəsmi varisi olduqdan sonra ləğv edilmişdi. Le Figaro qəzeti yazır ki, bu posta vəliəhd şahzadənin kiçik qardaşı, ötən həftə səfir işlədiyi ABŞ-dan vətəninə qayıdan 30 yaşlı Xalid bin Salman təyin oluna bilər. Əgər Xalid bin Salman müavin təyin edilərsə, bu, o deməkdir ki, Məhəmməd bin Salman dərhal olmasa da, getməyə yaxındır. Bu, həm də o deməkdir ki, Salmanlar qanadı hakimiyyəti əlində saxlayacaq.

Kaşıkçı işinə gəlincə, CNN telekanalının bu ərəfədə yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının hakimiyyət orqanları səudiyyəli jurnalistin dindirilmə zamanı həlak olduğunu etiraf etməyə hazırlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.