ELM VƏ TƏHSİL


Səudiyyə Ərəbistanının mədəni həyatından bəhs edən kitablar Şərqşünaslıq İnstitutuna hədiyyə olunub

Bakı, 20 sentyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi doktor Səid əl-Qidəm sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə G.Baxşəliyeva rəhbərlik etdiyi elm müəssisəsində ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açıb.

Səid əl-Qidəm Şərqşünaslıq İnstitutunda görülən işləri yüksək qiymətləndirib. Daha sonra o, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu adından ölkəsinin mədəni həyatına həsr olunan kitabları Şərqşünaslıq İnstitutuna hədiyyə edib.

Hədiyyəyə görə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva kitabların institutun ərəbşünas alimlərinin tədqiqat işləri üçün çox faydalı olacağını deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.