DÜNYA


Səudiyyə Ərəbistanının neft ixracı son 33 ayın minimumuna enib

Bakı, 18 avqust, AZƏRTAC

İyun ayında Səudiyyə Ərəbistanının xam neft ixracı gündəlik 35 min barrel azalaraq sutkada 6,89 milyon barrelə enib. Bu, son 33 ay ərzində ən aşağı səviyyədədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Birgə Təşkilatlar Məlumat Təşəbbüsü (JODI) açıqlama yayıb.

Ölkənin xam neft ixracı bu ilin may ayında gündəlik 6,924 milyon barrel səviyyəsində olub.

Mayda gündəlik 9,880 milyon barrel olan Səudiyyə Ərəbistanının neft hasilatı iyun ayında sutkada 10,07 milyon barrelədək artıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il Vyanada imzalanan OPEC üzrə neft hasilatının azaldılması sazişi çərçivəsində iştirakçılar arasında neft istehsalını ən çox - gündəlik 486 min barrel azaltmaq barədə öhdəlik götürüb. Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.