SİYASƏT
Səudiyyə Ərəbistanının nüfuzlu qəzeti Ermənistanın son təxribatlarından yazıb
Qahirə, 30 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanının nüfuzlu “Əş-Şarq Əl-Ausat” qəzetində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar və rəsmi İrəvanın öz dövlət sərhədinin mühafizəsini Rusiyaya etibar etməsinin Vaşinqtonda yaratdığı narahatlıq barədə məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi barədə təklifi sərt tənqid olunub. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysın bu məsələ ilə bağlı narahatlığını ifadə etməsi də vurğulanıb.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın guya qarşı tərəfin atəşkəsi pozması ittihamlarına cavab verib. Nazirlik bəyan edib ki, Ermənistan silahlı qüvvələri avtomat və qumbaraatanlarla Azərbaycan ərazisini atəşə tutub, cavab atəşi ilə təxribatın qarşısı alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə