DÜNYA


Səudiyyə Ərəbistanının nümayəndələri “Kaşıkçı işini” araşdırmaq üçün Ankaraya gəlib

Bakı, 12 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanının nümayəndələri jurnalist Camal Kaşıkçının itkin düşməsi faktını təhqiq etmək üçün oktyabrın 12-də Ankaraya gəlib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyəti yaxın iki gün ərzində türkiyəli müstəntiqlərlə görüşlər keçirəcək.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədlərlə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına daxil olub və bundan sonra yoxa çıxıb. Oktyabrın 6-da Türkiyə polisi jurnalistin diplomatik nümayəndəliyin binasında öldürülməsi versiyasını nəzərdən keçirdiyini bildirib. Üç gün sonra Ər-Riyad baş konsulluğun binasında təhqiqat proseduru aparmaq üçün Ankaraya icazə verib. Lakin müstəntiqlər indiyədək konsulluğa gəlməyiblər.

Camal Kaşıkçı Ər-Riyadın hazırkı siyasətinə qarşı tənqidi münasibəti ilə məşhurdur. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.