DÜNYA


Səudiyyə Ərəbistanının şahzadəsi Hindistanda səfərdədir

Bakı, 20 fevral, AZƏRTAC

Səudiyyə Ərəbistanının şahzadəsi vəliəhd Məhəmməd bin Salman Hindistanda səfərdədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Pakistandan sonra Hindistana iki günlük səfər edən Məhəmməd bin Salman Yeni Dehlidə Prezident Ram Nat Kovind tərəfindən rəsmi mərasimlə qarşılanıb. Şahzadə Hindistana səfərinin iki dövlət arasındakı münasibətlərə, o cümlədən ticarət sahəsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Səfər çərçivəsində tərəflər arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.

Qeyd edək ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27,5 milyard dollar dəyərində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.