DÜNYA


Səudiyyə Ərəbistanının şoppinq festivalı “Ginnesin rekordlar kitabı”na daxil edilib

Qahirə, 2 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanda şənbə günü start götürən və oktyabrın 14-dək davam edəcək “Outlet 2022” şoppinq festivalı “Ginnesin rekordlar kitabı”na daxil edilib. Krallığın Baş Əyləncə Departamentinə təqdim edilən müvafiq sertifikatda qeyd olunub ki, bu, dünyanın ən böyük şoppinq festivalıdır.

AZƏRTAC xəbər verir ki, festivalın keçirildiyi 145 min kvadratmetrlik Ticarət Mərkəzində 1500-dən çox beynəlxalq brend təmsil olunur. “Nike”, “Zara”, “Adidas”, “Lacoste” və s. məşhur firmalar öz mallarını alıcılara 70 faiz endirimlə təklif edirlər. Festivala, həmçinin elektronika malları, ev əşyaları üzrə dünyanın ən aparıcı şirkətləri də qatılıb. Bundan başqa, restoran və iaşə xidmətləri üzrə qabaqcıl beynəlxalq kompaniyalar da Ticarət Mərkəzində alıcılara xidmət göstərirlər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.