İQTİSADİYYAT


Səudiyyəli nazir: Qlobal enerji bazarının bərpası və tələbatla bağlı hələ də qeyri-müəyyənliklər var

Bakı, 3 iyun, AZƏRTAC

Qlobal enerji bazarının bərpası və tələbatla bağlı hələ də qeyri-müəyyənliklər var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman deyib.

Nazir son bazar inkişaflarının aprel ayında keçirilən və iyunun 1-də yenidən təsdiqlənən hasilatı tədricən artırmaq barədə razılaşmanın doğru qərar olduğunu sübut etdiyini bildirib. Qeyd edib ki, qlobal enerji bazarında bərpa prosesi və tələbatla bağlı hələ də qeyri-müəyyənliklər var.

Xatırladaq ki, “OPEC+” ölkələrinin nazirlərinin videokonfrans formatında iyunun 1-də keçirilən 17-ci iclasında iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.

Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması barədə öhdəliyi iyulda gündəlik 98 min barel olaraq qalacaq. Bu isə o deməkdir ki, xam neft hasilatı 10 min barel artırılacaq. Beləliklə, iyul ayında ölkədə xam neft hasilatı gündəlik 620 min barel həcmində saxlanılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.