DÜNYA


Səudiyyəli nazir: “Saudi Aramco”nun səhmlərinin satılması prosesi gələn il tamamlanacaq

Bakı, 18 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin satışı gələn il həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih deyib.

Nazir prosesin gələn il tamamlanacağını bildirib: “Saudi Aramco”nun səhmləri 2018-ci ildə beynəlxalq və yerli bazarda satışa çıxarılacaq. Hazırda bu istiqamətdə işlər gedir”.

Xatırladaq ki, şirkətin səhmlərinin 5 faizlik hissəsi Səudiyyə Ərəbistanının birjası (Tadawul) ilə yanaşı, daha çox beynəlxalq bazarda satılacaq. “Saudi Aramco”nun səhmlərinin satışı üzrə məsləhətçi banklar artıq seçilib. Şirkətin səhmlərinin satışı zamanı “JPMORGAN Chase”, “Morgan Stanley” və “HSBC” bankları məsləhətçi qismində çıxış edəcəklər. Əvvəllər isə “Aramco”nun özəlləşdirilməsi üzrə “Moelis & Co”, “Evercore Partners Inc.” və “Michael Klein” məsləhətçi şirkətlər kimi seçilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.