DÜNYA


Seuldakı faciəyə görə dörd polis zabiti həbs oluna bilər

Seuldakı faciəyə görə dörd polis zabiti həbs oluna bilər

Bakı, 1 dekabr, AZƏRTAC

Seulda 150-dən çox insanın ölümü ilə nəticələnmiş basırıqla əlaqədar təhqiqat aparan istintaq qrupu yüksək rütbəli dörd polis zabitinin həbsinə order verilməsi üçün müraciət edib.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, insidentin təhqiqatı ilə məşğul olan xüsusi istintaq qrupu rezonans doğuran iş çərçivəsində ilk dəfə həbs üçün order istəyib.

Müstəntiqlər hadisənin baş verdiyi İthevon rayonunun yerləşdiyi Yonsan dairəsinin polis departamentinin sabiq rəisi Li İm Çjenin, polisin analitika şöbəsinin sabiq zabitləri Pak Sun Min və Kim Jin Honun və Yonsan dairəsinin polis şöbəsinin fövqəladə vəziyyətlərin monitorinqi bölməsinin zabiti Son Byön Junun həbsini tələb ediblər.

Sabiq departament rəisi hadisə yerinə gec - 50 dəqiqə sonra gəlməkdə şübhəli bilinir. O, həmçinin “Hellouin” mərasimi zamanı izdiham yaşana biləcəyi barədə əvvəlcədən məlumat alsa da, piyadaların hərəkətini tənzimləmək üçün yetərincə tədbir görməməkdə ittiham olunur. İstintaqın versiyasına görə, digər şübhəli Pak Sun Min mərasimdə mümkün insidentlər barədə xəbərdarlığın yer aldığı daxili analitik məruzələrin silinməsini əmr edib. Kim Jin Xo onun tabeliyində olub və tapşırığı yerinə yetirib. Faciə günü növbədə olan Son Byön Jun isə hadisə barədə rəisi vaxtında məlumatlandırmayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.