MƏDƏNİYYƏT


“Sevgi şimşəyi” tamaşasının premyerası olub

Bakı, 3 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının yeni tamaşasının Aktyorlar evində premyerası olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Qeyd edək ki, “Sevgi şimşəyi” tamaşasının noyabrın 13-dən 25-dək Türkiyənin Bilecik şəhərində keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında ilk nümayişi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.