MƏDƏNİYYƏT


Sevgisiz ömür olmur...

Bakı, 9 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Qəzənfər Məsimoğlunun anadan olmasının 55 illiyi münasibətilə “Sevgisiz ömür olmur” adlı tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri AYB-nin üzvü, şair Vəli Qaraçaylı açaraq şairin işıq üzü görmüş “Kimin yoxsa məhəbbəti”, “Əsgirəvan kəndinin şəcərələri”, “Mən gözəllik aşiqiyəm”, “Açıl sabahım açıl”, “Sevgisiz ömür olmaz” adlı kitabları haqqında danışıb.

Daha sonra çıxış edən şairin qələm dostları onun əsərlərdən söhbət açıb, bu əsərlərin gənclər tərəfindən sevilə-sevilə oxunduğunu bildiriblər. Qeyd edilib ki, belə görüşlər gənc nəslin təlim-tərbiyəsində, mədəni inkişafında və bir şəxsiyyət kimi yetişməyində əvəzsiz rol oynayır.

Sonda Qəzənfər Məsimoğlu çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.