MƏDƏNİYYƏT


“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü

Bakı, 29 iyul, AZƏRTAC

Respublika Gənclər Kitabxanasının “Sevilənlər, sevənlər” rubrikası altında evdən təşkil etdiyi növbəti görüşün qonağı yazıçı-publisist Şərif Ağayar olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Sevilənlər sevənlər” rubrikasının bu canlı yayımına 1700-dən çox istifadəçi qatılıb. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib.

Canlı yayımın ilk dəqiqələrində Şərif müəllim, birinci növbədə, uşaqlıq illərində kitabxana ilə tanışlığından, mütaliəyə hədsiz bağlılığından söhbət açıb, kitab və kitabxana ilə bağlı yaşadığı maraqlı hadisələri dilə gətirib. Sonradan müsahib mütaliə, kitab təbliğatı mövzusunda dəyərli fikirlər söyləyib. Qonaq şəxsi təcrübəsindən çıxış edərək, iştirakçısı olduğu Tehran, İstanbul kitab sərgi və yarmarkalarından, orada olan kitaba münasibətdən söhbət açıb. Müsahib yaradıcılığının ilk dövrlərindən, mətbuat orqanlarında baş redaktor vəzifəsində çalışmasından, jurnalistikanın həmişə paralel olaraq yaradıcılığı ilə birgə addımlamasını qeyd edib. Yazıçı Nəsibə Zeynalova, Siyavuş Aslan, Yaşar Nuri kimi korifeylərimizlə bağlı xatirələri də bölüşüb. Müsahib izləyicilərin ona ünvanladığı sualları da cavablandırıb.

İstifadəçilər yazıçı Şərif Ağayarla canlı yayıma https://www.instagram.com/p/CDMeb0YhFwB/ linkı vasitəsilə baxa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.