İDMAN


“Sevilya” son 59 il ərzində avrokuboklarda ilk dəfədir qapısından 5 top buraxıb

Bakı, 18 oktyabr, AZƏRTAC

İspaniyanın “Sevilya” klubu futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsinin üçüncü turunda böyük hesablı məğlubiyyətə üzülüb.

AZƏRTAC xəbər verir ki, “Spartak Moskva” ilə səfərdə keçirilən oyun “Sevilya”nın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İspaniya klubu son 59 il ərzində avrokuboklarda ilk dəfədir qapısından 5 top buraxıb.

Qeyd edək ki, “Sevilya” sonuncu dəfə 1958-ci ildə avrokubok oyunları zamanı “Real Madird”ə böyük hesabla uduzub – 0:8.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.