İDMAN


“Sevilya”nın müdafiəçisi Jul Kunde koronavirusa yoluxub

Bakı, 16 oktyabr, AZƏRTAC

İspaniyanın “Sevilya” futbol klubunun müdafiəçisi Jul Kunde koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, koronavirus testi müsbət çıxan 21 yaşlı futbolçu karantinə alınıb.

Qeyd edək ki, 2019-cu ildə “Bordo”dan transfer olunan fransız futbolçu bu mövsüm “Sevilya”nın heyətində 3 oyunda meydana çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.