REGİONLAR
Sevinc Əskərova: Getdiyimiz hər yerdə gözəllik, abadlıq, inkişaf və xoş münasibət görürük
Gəncə, 16 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı olmaq qürurvericidir. Tur-aksiyaya qoşulan yüzlərlə məktəbli kimi mənim də səfər təəssüratlarım olduqca xoş və zəngindir. Layihədə hər şey əvvəldən sonadək mükəmməl düşünülüb. Təşkilatçılıq yüksək səviyyədədir. Getdiyimiz hər yerdə gözəllik, abadlıq, inkişaf bir də səmimi və xoş münasibət görürük.
Bu fikirləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Pirallahı rayonu 168 nömrəli məktəbin 11-ci sinif şagirdi Əskərova Sevinc Gəncədə AZƏRTAC-a müsahibəsində deyib.
S.Əskərova deyib: “Tur-aksiyaya qoşulan digər yoldaşlarım kimi mən də olduğumuz məkanların müqayisəsini aparmaqda çətinlik çəkirəm. Çünki, hər yerdə başqa bir gözəllik görürük. Dağlar, çaylar, meşələr təbiətin yaratdığı gözəlliklərdirsə Heydər Əliyev Mərkəzləri, möhtəşəm binalar, muzeylər, qalereyalar, parklar, xiyabanlar müstəqilliyimizin və inkişafımızın bizə bəxş etdiyi yeniliklərdir”.
“Bilirik ki, bu layihə bizə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Ona görə də dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Bu vaxta qədər gördüyümüz inkişaf və tərəqqqinin təmin edilməsində, gözəlliklkərin yaradılmasında hər kəs, o cümlədən ölkə gəncləri fəal iştirak ediblər. Bundan sonra isə estafet bizimdir. Aldığımız yüksək təhsillə, bilik və bacarığmızla göstərilən etimadı doğrultmalı, həm də ölkəmizin bundan sonrakı daha sürətli inkişafı üçün çalışmalıyıq”, - deyə o bildirib.