SİYASƏT


Sevinc Fətəliyeva: Azərbaycanda aparılan inqilabi islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına yönəlib

Strasburq, 26 iyun, AZƏRTAC 

Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur.

Son üç ayda aparılan sosial islahatlar inqilabi qərarlardır. Uğurlu sosial-iqtisadi siyasət gücümüzün artması ilə nəticələnib. Azərbaycan dövlətinin sosial siyasət fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifahına istiqamətləndirməkdir. Son illər bir çox ölkələrdə maliyyə böhranı, sosial problemlər ağırlaşsa da, ölkəmizdə sosial layihələrin reallaşması, iqtisadi islahatların həyata keçirilməsi eyni templə davam etdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva söyləyib.

Azərbaycanlı deputat Prezidentin digər sərəncam və fərmanlarından da söz açaraq bildirib ki, bu sənədlər insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətin təzahürüdür. O, uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərdən, onların sosial müdafiəsi istiqamətində atılan addımlardan danışıb. Həmçinin Ermənistanın təcavüzü nəticəsində doğma yurdundan didərgin salınmış 1 milyon qaçqın və məcburi köçkünün, eləcə də şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilmiş dövlət layihələri haqqında məlumat verib.

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb, vətəndaşların rifahı yaxşılaşıb, əhalinin bütün seqmentləri üçün sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalı, sosial infrastruktur gücləndirilib”, - deyə S. Fətəliyeva vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.