SİYASƏT


Sevinc Fətəliyeva: Üzv dövlətlərdən mükəmməlik tələb ediriksə, qüsursuz ittihamlar irəli sürməliyik

Strasburq, 26 iyun, AZƏRTAC

Güclü vətəndaş cəmiyyəti əsas azadlıqların qorunması, təhlükəsizliyin təmin edilməsi deyil, eyni zamanda, dövlətin səmərəli inkişafıdır. Müasir dövrdə vətəndaş cəmiyyətini qorumaq zərurəti bütün ölkələrin üzləşdiyi çağırışdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-nın yay sessiyasında litvalı deputat Ejidiyus Varekisin hazırladığı “Avropa Şurasının üzv dövlətlərində insan hüquqları müdafiəçilərinin müdafiəsini təmin etmək” adlı qətnamə layihəsinin müzakirələri zamanı söyləyib.

Qeyd edib ki, insan hüquq müdafiəçisi müəyyənləşdirmək və düzgün qərarlar qəbul etmək üçün ölkələrdəki vəziyyət yaxından araşdırılmalıdır.

Müzakirə olunan hesabatda Azərbaycanın da adının hallandığına toxunaraq bununla bağlı mülahizələrini bildirib.

Qeyd edib ki, məruzədə müxtəlif dövrlərdə başlayan cinayət işlərindən danışılır.

Belə oxşar halların hamısını bir sualda birləşdirilməsi düzgün deyildir. İcraatın gedişatını bilmədən, xüsusilə də yalnız təqsirləndirilən şəxslərin ifadələrinə əsaslanaraq düzgün nəticə əldə etmək olmaz.

İnsan Hüquqları Komissiyası hər hansı bir vəkil kabineti kimi fəaliyyət göstərməməlidir. Azərbaycanda Ombudsman institutu fəaliyyət göstərir. Məruzə hazırlanarkən onlarla görüş, məsləhətləşmə olubmu? Onlara yönəlmiş sorğularınız olubmu? Əgər olubsa, rəsmi cavab nə idi?

Məruzədə əks olunan cinayət işləri müxtəlif qanunlarla, o cümlədən vergi qanunvericiliyinin, eləcə də mövcud qanunvericiliyin müxtəlif maddələrinin pozulmasına dair olub.

Bütün bu insanlar ifadə veriblər. Onların işləri ilə bağlı materiallar bir necə məhkəmə cildindən ibarətdir. Hesabatda nə üçün istintaq materialları öz əksini tapmayıb?

Üzv dövlətlərdən mükəmməllik tələb edəriksə, gəlin o zaman qüsursuz ittihamlar irəli sürək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.