CƏMİYYƏT


Sevinc İbrahimli: Könüllülük özümüzü inkişaf etdirə bilməyimiz üçün yaxşı fürsətdir

Bakı, 7 dekabr, Həsrət Mahmudova, AZƏRTAC 

Könüllü kimi bir çox tədbirlərin təşkilində iştirak etmişəm. Könüllü olmaq səmərəli vaxt keçirmək, yeni insanlarla tanış olmaq, xarici dil öyrənmək, özünü inkişaf etdirmək üçün çox yaxşı fürsətdir.

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin birinci kurs tələbəsi, könüllü Sevinc İbrahimli AZƏRTAC-a müsahibəsində deyib.

Ölkəmizdə könüllülüyün inkişafı məqsədilə yaradılan əlverişli şəraitin onlar üçün yeni imkanlar açdığını vurğulayan S.İbrahimli bildirib ki, minlərlə gənc bu şəraitdən bəhrələnərək özlərini inkişaf etdirirlər. Bu gün ən mötəbər tədbirlərin, idman yarışlarının təşkilində könüllülərin iştirakını görmək mümkündür. Bu baxımdan gənclərimizin inkişafında könüllülük hərəkatı mühüm rol oynayır. Bu fürsətdən istifadə edərək bütün gənclərimizi könüllülük fəaliyyətinə qoşulmağa çağırıram. Çünki könüllülük insanın daxili aləmini daha da zənginləşdirən təmənnasız, faydalı və xeyirxah fəaliyyətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.