REGİONLAR


Sevinc Məmmədova: Məktəbimiz üçün yeni binanın inşası şagirdlərin təhsilə həvəsini daha da artıracaq

Ağcabədi, 5 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin “Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Çünki müasir məktəb bilikli, istedadlı nəsil–parlaq gələcək deməkdir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağcabədi rayonunun Sarıcalı kənd tam orta məktəbinin direktoru Sevinc Məmmədova deyib.

S.Məmmədova bildirib ki, Sarıcalı kənd tam orta məktəbi 1937-ci ildə inşa edilmiş binada fəaliyyət göstərib. Altı otaqdan və həyətdəki yardımçı tikililərdən ibarət məktəb yararsız və qəzalı vəziyyətdə idi. Şəraitsiz binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin şagirdlərinin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.

“Məktəbdə 305 şagirdin təlim-tərbiyəsi ilə 33 müəllim məşğul olur. Şagirdlərimizin təhsilə, oxumağa həvəsləri böyükdür. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır. İnanıram ki, məktəbimiz üçün yeni binanın inşa edilməsi şagirdlərimizin təhsilə olan həvəslərini daha da artıracaq, təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq”, - deyə S.Məmmədova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.