REGİONLAR
“Sevinc” kuboku uğrunda respublika birinciliyinə start verilib VİDEO
Xaçmaz, 10 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 10-da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz Olimpiya İdman Kompleksində mini futbol üzrə “Sevinc” kuboku uğrunda respublika birinciliyinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda mübarizə aparır. İki qrup üzrə aparılan birincilik üç gün davam edəcək.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov bildirib ki, turnir ölkədə gənc və perspektivli futbolçuların aşkarlanması, mini futbol idman növünün təbliği və inkişaf etdirilməsi, futbolçuların ustalığının artırılması məqsədilə ənənəvi olaraq hər il keçirilir.
Qalib komandalara Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]