“Şəxsiyyətin inkişafında ailə modelinin rolu” mövzusunda onlayn seminar keçirilib
AzerTAg.az
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə "Şəxsiyyətin inkişafında ailə modelinin rolu" mövzusunda onlayn seminar keçirilib.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, psixoloq Mədinə Quliyeva ailə modelləri və onların xüsusiyyətləri haqqında ətraflı məlumat verib. Valideyn-övlad münasibətindən, ailədə yaranan gərginliklərdən bəhs edən Mədinə Quliyeva onun həll yollarını nümunələr üzərindən izah edib.
Seminarda, həmçinin valideynlərin uşağın səmərəli vaxt keçirməsinə və fikirlərini sərbəst ifadə etməsinə şərait yaratmağı, onlara mənəvi dəstək olmaq kimi məsələlər müzakirə olunub.
Sonda Mədinə Quliyeva iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Xəbərin mətnində orfoqrafik səhv var













