MƏDƏNİYYƏT


Səyahət etməyi sevən fotoqraflar üçün yeni bir şans

Bakı, 16 iyul, AZƏRTAC

Səyahət etməyi sevən fotoqraflar arasında “Dünya səyahətçiləri” fotomüsabiqəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən fotoqraflar yeni çəkdiyi və ya şəxsi arxivindən seçdiyi materiallarla yarışmaya qatıla bilər.

Müsabiqədə iştirak ödənişlidir. Bir foto üçün iştirak haqqı 20 ABŞ dolları təşkil edir. İllik üzvlük haqqını əldə edən namizədlər 1 il ərzində təşkil edilən bütün müsabiqələrə giriş hüququ qazanır. I və II yerin qaliblərinin fotoşəkilləri hər ay müxtəlif qalereyalarda nümayiş ediləcək. 24 min ABŞ dolları dəyərində mükafat fondu aylıq qaliblər arasında paylaşılacaq.

Ətraflı məlumat əldə etmək və müsabiqəyə qatılmaq üçün https://www.life-framer.com/enter/#4 ünvanına daxil ola bilərsiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.