REGİONLAR


Səyahət həvəskarlarının sevimli məkanı, 5 min illik tarixə malik Sündü kəndindən FOTOREPORTAJ

Qobustan, 9 aprel, AZƏRTAC

Azərbaycanda əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarlarının ən çox səyahət etdiyi məkanlardan biri də Qobustan rayonunun Sündü kəndidir.

Qədim yaşayış yerlərindən sayılan Sündü kəndi 5 min illik tarixə malikdir. Buradan tapılan maddi-mədəniyyət nümunələrinə əsasən kəndin tunc dövründə salınması ehtimal olunur. Kənd ərazisində 920-ci ilə aid məscid, sığınacaq yeri olan mağaralar, orta əsrlərə aid məzarlıq və şəlalələr var. Hamının diqqətini çəkən mağaralar kəndin cənubunda Qəhlə və Qəzənfər dağlarında yerləşir.

AZƏRTAC İradə Qədirovanın Sündü kəndində səyahət zamanı çəkdiyi fotoları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.