REGİONLAR


Səyavuş Heydərov: Azərbaycan dünyada sülhün bərqərar olmasına böyük töhfələr verir

Oğuz, 5 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Hazırda dünyada məzhəblərarası dözümsüzlük, qarşıdurma, ayrı-seçkilik və ciddi fəsadlar törədən münaqişələr baş verdiyi halda, Azərbaycanda tolerantlıq və multikulturalizmin, birgə yaşayış ənənəsinin mövcudluğu öz müsbət nəticəsini göstərməkdədir. Ölkəmizdə İslam həmrəyliyi tam bərqərar olub. Artıq Azərbaycan dünyada sülhün, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun güclənməsinə və sülhün bərqərar olunmasına böyük töhfələr verir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Oğuzda jurnalistlərə müsahibəsində deyib.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiya nəticəsində artıq Azərbaycanda müxtəlif məzhəblərin daşıyıcılarının vəhdət halında birgə namaz qıldıqlarını, ibadət etdiklərini vurğulayan Komitə sədrinin müavini bildirib ki, bu, dünyada yeni bir yanaşma, yeni bir təfəkkür, yeni bir modeldir. Artıq dünya birliyi Azərbaycanın bu nailiyyətinə çox böyük dəyər və qiymət verir.

Səyavuş Heydərov deyib: “Hazırda dünyada, xüsusilə Qərbdə nəinki multikulturalizmin, həmçinin tolerantlığın da zəifləməsi müşahidə olunur. Bunun isə alternativi radikal cərəyanlar, radikal hərəkətlər, radikal fəaliyyətlər olacaq. Dünyanın xilası üçün bu gün mükəmməl, sınaqdan keçmiş, təcrübədə özünü göstərmiş Azərbaycan modeli kimi bir modelə ehtiyac var. Ona görə də bu gün dünya birliyi Azərbaycandakı bu vəhdət prinsiplərinə, vəhdət halında ibadətə, namaza çox böyük dəyər verir. Biz də çalışırıq ki, sınaqdan çıxan, nəzəriyyədən təcrübəyə keçən bu modeli daha da zənginləşdirək, təkmilləşdirək və ictimaiyyətə təqdim edək”.

Qurumun rəsmisi bildirib ki, Dövlət Komitəsi “Vəhdət qanımızdadır” filminin nümayişi ilə ölkəmizin tarixini, keçmişini, bu gününü ictimaiyyətə çatdırmaqla, gəncləri yad dini ideologiyaların təsirindən qorumaq üçün genişmiqyaslı maarifləndirmə tədbirlərinə start verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.