CƏMİYYƏT


Seyfidor və Ağsu meşəbəyliklərində baş vermiş yanğınlar söndürülüb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 1-də saat 22:00-da Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.

ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb.

Eyni zamanda, avqustun 2-də gecə saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında da yanğın hadisəsi baş verib. Naməlum səbəbdən baş verən yanğın ETSN və FHN-in əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.

Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.