MƏDƏNİYYƏT


“Seyid Əzim Şirvani” poeziya məclisinin növbəti görüşü Abbas Səhhətə həsr edilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də “Seyid Əzim Şirvani” ədəbi-musiqili poeziya məclisinin növbəti görüşü keçirilib.

Məclisin rəhbəri, yazıçı-publisist Mətanət Ulu Şirvanlı AZƏRTAC-a bildirib ki, tədbir XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış görkəmli şair, maarifçi, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının tanınmış nümayəndəsi Abbas Səhhətə həsr olunub.

Tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı A.Səhhətin həyat yolu, yaradıcılığı haqqında geniş məlumat verib.

Xalq Artisti Eldost Bayram, bədii qiraətçi Mehman Mayılxanlı, aktyor Təvəkkül Əhmədov və digər çıxış edənlər A.Səhhətin uşaqlar üçün yazdığı əsərlərin, xüsusilə “Balalara hədiyyə” kitabındakı şeirlərin məziyyətindən danışıblar. Qeyd edilib ki, A.Səhhətin əsərləri bu gün də aktuallığını itirməyib. Şairin “Ağacların söhbəti”, “Yay”, “Quşlar”, “Ata və oğul”, “Vətən”, “Tülkü və şir”, “Yaz” şeirləri balaca oxucuların sevdikləri poetik nümunələrdir.

Tədbirdə A.Səhhətin şeirləri, sözlərinə yazılmış mahnılar, muğam parçaları ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.