SİYASƏT


Seyid Yusif Ağa: Ağdam dindarları Gəncədə törədilən iğtişaşı qətiyyətlə pisləyirlər

Ağdam, 11 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

İyulun 10-da Gəncə şəhərində baş verən hadisəni eşidib çox məyus olduq. Din adından istifadə edən bir qrup radikal insanın iğtişaş törətməyə cəhd göstərməsi, iki polis zabitinin qətlə yetirilməsi bizi kədərləndirdi. Biz Ağdam dindarları Gəncədə törədilən iğtişaşı qətiyyətlə pisləyir və cinayətkarların cəzalandırılmasını tələb edirik.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayonu Çəmənli kəndindəki Seyid Lazım Ağa ocağının axundu Seyid Yusif Ağa söyləyib. O deyib: “Ölkəmizdə dini etiqad azadlığına və milli mənəvi dəyərlərimizə yüksək qayğı ilə yanaşılır. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Təsadüfi deyil ki, Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk gördüyü işlərdən biri Bibiheybət məscidinin bərpası oldu. Dahi rəhbərin dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, məscidlər, dini məbədlər, tarixi abidələr, ziyarətgahlar inşa edilir, bərpa olunur və yenidən qurulur. Azərbaycandakı dövlət-din münasibətləri bütün dünyaya nümunədir. Azərbaycan dindarları dövlətimizin dinə, mənəvi dəyərlərimizə olan münasibətindən çox razıdır”.

Seyid Yusif Ağa bildirib ki, bu gün Azərbaycanda əmin-amanlıq, sabitlik hökm sürür. Region ölkələrinə nəzər saldıqda Azərbaycanı sabitlik adası adlandırmaq olar. Bu sabitliyin, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamalarının təmin olunmasında polis orqanlarının böyük rolu var. “Azərbaycan polisi Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edir. Azərbaycan polisi respublikamızın ərazi bütövlüyünün qorunmasında da fəal iştirak edib, bu yolda şəhidlər verib. Asayiş keşikçilərinə qarşı bu cür hərəkətlər yolverilməzdir”, - deyə Seyid Yusif Ağa vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.