Seyko Haşimoto Tokio Olimpiadasının təşkilat komitəsinin sədri vəzifəsinə yeganə namizəddir
AzerTAg.az
Tokio, 17 fevral, AZƏRTAC
Yaponiyanın Olimpiada Oyunları üzrə naziri xanım Seyko Haşimoto Tokio Olimpiadasının təşkilat komitəsinin sədri vəzifəsinə yeganə namizəddir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə qərar təşkilat komitəsinin fevralın 17-də keçirilən iclasında qəbul edilib. Əlli altı yaşlı Seyko Haşimoto qadınlar barədə səsləndirdiyi fikirlərə görə bir neçə gün bundan əvvəl istefa verən 83 yaşlı Yoşiro Morini əvəz edə bilər. Yeddiqat Olimpiya çempionu olan Seyko Haşimoto məsələ ilə bağlı qəti qərarını hələ bildirməyib.
Xatırladaq ki, koronavirus pandemiyasına görə 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadasının vaxtı 2021-ci ilə dəyişdirilib. Oyunların iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin mətnində orfoqrafik səhv var