İDMAN


Seyko Haşimoto: Tokio Yay Olimpiya Oyunları nəyin bahasına olursa-olsun keçirilməlidir

Bakı, 8 sentyabr, AZƏRTAC 

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunları idmançıların və təşkilatçıların səyləri nəzərə alınaraq nəyin bahasına olursa-olsun keçirilməlidir.

AZƏRTAC Kyodo agentliyinə istinadla bildirir ki, bu sözləri Yaponiyanın Olimpiya və Paralimpiya Oyunları üzrə naziri Seyko Haşimoto Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Con Koutsun Tokioda Olimpiadanın keçiriləcəyini söyləyən açıqlamasına münasibət bildirərkən deyib.

BOK-un vitse-prezidenti koronavirus pandemiyası ilə bağlı vəziyyətdən asılı olmayaraq yarışın baş tutacağını bildirib.

Qeyd edək ki, Tokio Olimpiadasının iyulun 24-dən avqustun 9-dək keçirilməsi nəzərdə tutulurdu. Koronavirus pandemiyası səbəbindən Oyunlar bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır. İyunda Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışın formatının sadələşdirilməsinin tərəfdarı olduğunu rəsmən bəyan edib. Oyunların formatının sadələşdirilməsi xərcləri azaltmaq və infeksiyanın yayılmasının qarşısını almağa yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.