İDMAN


Seyko Haşimoto: Tokio Yay Olimpiya və Paralimpiya Oyunları tamaşaçıların iştirakı ilə keçirilməlidir

Bakı, 27 fevral, AZƏRTAC

Koronavirus pandemiyası ilə bağlı vəziyyətə baxmayaraq, Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarını tamaşaçıların izləmələrinə icazə verilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Tokio-2020”nin təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto Yaponiyanın “Asahi” və “Yomiuri” qəzetlərinə müsahibəsində bildirib.

O deyib ki, hazırkı vəziyyətdə digər yarışlara tamaşaçılar buraxılır. Əlbəttə, idmançılar belə olan halda düşünəcəklər ki, bəs, niyə yalnız Olimpiya və Paralimpiya Oyunları azarkeşsiz keçirilməlidir. S.Haşimoto hələlik belə bir variantın təklif edilmədiyini, ancaq koronavirusla əlaqədar vəziyyəti izləmək lazım olduğunu vurğulayıb.

Eyni zamanda, təşkilat komitəsinin rəhbəri ilk növbədə infeksiyanın yayılmasına qarşı tədbirlərin görülməsinə ehtiyac olduğunu da bildirib.

Qeyd edək ki, martın 3-də Beynəlxalq Olimpiya Komitəsinin, Beynəlxalq Paralimpiya Komitəsinin, Yaponiya hökumətinin, Tokio rəhbərliyinin və Oyunların təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilməlidir. Həmin görüşdə Olimpiada və Paralimpiada zamanı idman obyektlərinə tamaşaçıların buraxılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Olimpiya Oyunları gələn il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.