İDMAN


Seyko Haşimoto: Vəzifəm Tokio Olimpiadasının etibarlı olmasını təmin etməkdir

Bakı, 19 fevral, AZƏRTAC

Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yeni sədri Seyko Haşimoto xalqın “Tokio-2020”yə inamını bərpa etmək niyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, S.Haşimoto vəzifəsinin icrasına başladığı ilk gün bu barədə fikirlərini bölüşüb. Son zamanlarda yarışa ictimai dəstəyin azaldığını və bunun dünyada koronavirusla əlaqədar vəziyyətin hələ sabitləşmədiyi bir mühitdə baş verməsindən narahatlığını ifadə edən qurumun təşkilat komitəsinin yeni sədri bidirib: “Mənim missiyam Tokio Olimpiadasının etibarlı olmasını təmin etməkdir. Buna nail olmaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, təşkilat komitəsinin yeni rəhbərinin seçimi bu vəzifəni tutan Yoşiro Morinin istefasından sonra – fevralın 18-də baş tutub.

Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri, 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi fikirlərə görə kəskin tənqid edilib və istefa verməli olub.

“Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışların keçirilməsi cari il iyulun 23-dən avqustun 8-dək tarixlərinə dəyişdirilib. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.