SİYASƏT


Seymur Nəsirov: Prezident İlham Əliyev Zəfər Qurultayındakı nitqində növbəti beş il üçün diasporumuz qarşısında duran vəzifələri müəyyənləşdirdi

Şuşa, 23 aprel, AZƏRTAC

Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev bizim gələcək 5 il ərzində fəaliyyətimizlə bağlı yol xəritəsi müəyyənləşdirmişdi. Dövlətimizin başçısı o zaman bizim həm yaşadığımız ölkənin dilini yaxşı bilməyimizin önəmli olduğunu, həm də ana dilimizi unutmayaraq öz övladlarımıza yaxşı öyrətməyimizin vacibliyini bildirmişdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib.

Bu günədək 1150-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris etdiklərini bildirən S.Nəsirov deyib: “Biz tələbələrə təkcə Azərbaycan dilini yox, həm də ölkəmizin mədəniyyətini, coğrafiyasını, həqiqətlərini aşılayırıq. Biz bunun Vətənimizin təbliği və əlaqələrin inkişafı üçün nə qədər önəmli olduğunu görürük”.

Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında nitqində gələcək beş il üçün Azərbaycan diasporunun qarşısında duran vəzifələr barədə yol xəritəsi müəyyənləşdirdiyini vurğulayan diaspor nümayəndəsi qeyd edib ki, dövlətimizin başçısı diasporumuz qarşısında azərbaycançılıq məfkurəsinin təbliğatı ilə bağlı işlər görmək vəzifəsini qoydu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.