CƏMİYYƏT


Seysmoloji Xidmət Mərkəzi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunda institut rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) nümayəndə heyəti arasında görüş keçirilib.

Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə RSXM-i baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəzin maqnitometriya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev, zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və seysmoloji və geofiziki materialların elmi araşdırılması şöbəsinin müdiri vəzifəsini icra edən, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yaqub Əhmədov təmsil ediblər.

Görüşdə mərkəzlə institut arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Q.Yetirmişli mərkəzdə aparılan elmi tədqiqatlar, həyata keçirilən layihələr haqqında iştirakçılara ətraflı məlumat verib. Həmçinin baş direktor yeni layihələr haqqında da danışaraq “Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə əməkdaşlığın bu istiqamətdə tərəflər üçün səmərəli olacağını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran suallara da aydınlıq gətirilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.