CƏMİYYƏT


Seysmoloji Xidmət Mərkəzi ilə Strasburq Universiteti birgə layihələr həyata keçirə bilər

Bakı, 26 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti ilə əməkdaşlığa başlaması ilə bağlı Strasburq Universitetinin professoru Maksim Bano mərkəzdə olub.

RSXM-in informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonağı mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış elmi nəticələrlə tanış edib. Baş direktor Fransa-Azərbaycan Universiteti ilə RSXM arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək, tərəflər arasında memorandum imzalanmasının vacibliyini önə çəkib.

Maksim Bano Azərbaycanda aparılan seysmoloji tədqiqatların yüksək səviyyədə olduğunu deyib. Qonaq Fransa-Azərbaycan Universiteti ilə yanaşı, Strasburq Universiteti ilə RSXM-in birgə layihələr həyata keçirilməsinin də mümkün olduğunu bildirib.

Qeyd edək ki, Fransa-Azərbaycan Universitetinin təşəbbüsü ilə bu təhsil müəssisəsində yer elmləri üzrə təhsil alan tələbələr Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçəcəklər. Bununla bağlı tərəflər arasında ilkin razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.