REGİONLAR


Şeyx Əbdül Mahmudov: Rasim Ocaqov kino tariximizdə mərhələ yaradan sənətkar olub VİDEO

Şəki, 25 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Rasim Ocaqov Azərbaycan kinosunun 45-50 illik böyük bir mərhələsini yaradan sənətkar olub. O, Azərbaycan kino tarixində milli-mənəvi dəyərlərimizi yaşadan görkəmli şəxsiyyət idi. Təsadüfi deyil ki, onun bütün filmlərində etik normalar, əxlaq və mənəviyyat həmişə yüksək səviyyədə gözlənilirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri tanınmış rejissor Şeyx Əbdül Mahmudov görkəmli kino xadimi Rasim Ocaqovun 85 illiyi münasibətilə Şəkidə keçirilən yubiley tədbirində jurnalistlərə müsahibəsində söyləyib.

Rasim Ocaqovla bağlı xatirələrini bölüşən rejissor deyib: “Onun mənə etdiyi yaxşılığı ömürboyu unutmaram. Moskvada rejissorluq təhsili alıb Azərbaycana qayıtmışdım. O vaxtlar film çəkmək çox çətin idi. “Qaçaq Nəbi” filminin çəkilişlərinə başlayanda Rasim Ocaqov mənə yaxınlaşıb dedi: “Sənin filminin bədii rəhbəri özüm olacağam. Qorxma, arxanda dayanmışam”. Yəni söhbət onun gənc kadrlara olan münasibətindən gedir. Filmin çəkilişləri zamanı Rasim Ocaqov yalnız iki-üç dəfə çəkiliş aparılan yerlərdə oldu. Filmi təhvil verən zaman yavaşca yaxınlaşıb mənə dedi ki, adını yaradıcı heyətin siyahısından çıxarım. Dedim ki, siz nə danışırsınız, adınızın orada olması mənim üçün böyük fəxrdir. Dedi ki, sən cavansan, başa düşmürsən. Elə biləcəklər ki, filmi mən çəkmişəm, sən isə elə-belə yalandan yanımda vaxt keçirmisən.

İndi bunu heç kim etməz. Rasim Ocaqovun böyüklüyü məhz bunda idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.