İDMAN
Şeyx Əhməd Al-Fahad Al-Sabah: “Aşqabad - 2017” Oyunları ən uğurlu Asiya Oyunlarından biri olacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
Həqiqətən tarixi hadisə olan Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının məşəlinin ”Qalkınış” qaz yatağında yandırılması münasibətilə xəbəri Asiya Olimpiya Şurası adından və şəxsən öz adımdan böyük sevinc hissi ilə alqışlayıram.
Türkmənistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözlər Asiya Olimpiya Şurasının prezidenti Şeyx Əhməd Al-Fahad Al-Sabahın V Asiya Oyunları ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Bu gün Türkmənistan inamla irəliləyir. Son illər ölkənin idmanın inkişafında əldə etdiyi böyük uğurları xüsusi qeyd etmək istəyirəm. Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının 2017-ci ildə Aşqabadda keçirilməsi barədə qərarı Sizin dəstəkləməyiniz sayəsində 2010-cu ilin dekabrı Asiya Olimpiya Şurasının tarixinə daxil olub. Biz bu 7 il ərzində Türkmənistan dövlətinin Oyunların hazırlanması və təşkili üzrə işi vaxtında və fəal şəkildə həyata keçirməsinin şahidi olmuşuq. Asiya Olimpiya Şurası əmindir ki, “Aşqabad-2017” Oyunları ən uğurlu Asiya Oyunlarından biri olacaq və təşkilatçılıq cəhətdən ən yüksək səviyyədə keçiriləcək.
Mən Qapalı məkanlarda döyüş növləri üzrə V Asiya Oyunlarının rəsmi açılış mərasimində, habelə Oyunların keçirildiyi zaman idman yarışlarında böyük məmnuniyyətlə iştirak edəcəyəm. Əminəm ki, V Asiyadanın bütün iştirakçıları Türkmənistanın idman tədbirlərinin ən yüksək səviyyədə təşkil edilməsi, istər kontinental, istərsə də dünya miqyaslı müxtəlif yarışların keçirilməsi üzrə böyük imkanlarına əyani şəkildə əmin olacaqlar.
“Qalkınış” qaz yatağında Oyunların məşəlinin alovlandırılması mərasimi Sizin artıq sayılı günlərdən sonra başlayacaq və Türkmənistanın idman tarixində xüsusi səhifəyə çevriləcək bu irimiqyaslı idman bayramına necə əhəmiyyət verdiyinizi növbəti dəfə nümayiş etdirdi”.