MƏDƏNİYYƏT
Şeyx Məhəmməd məscidinin kitabəsi rəqəmsallaşdırılaraq bərpa edilib
İsmayıllı, 13 avqust, AZƏRTAC
Basqal ərazisində aparılan qazıntılar nəticəsində Şeyx Məhəmməd məscidinin kitabəsi tapılıb və rəqəmsallaşdırılaraq bərpa edilib. Bu, dünyada unikal kitabədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq və Layihələndirmə şöbəsinin memarı Miryəhya Cəfərzadə “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna təşkil olunan mediatur zamanı deyib.
“Kitabədə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən məscidin həyətindəki çinar ağacının 1563-cü ildə əkilməsi ilə bağlı məlumat var. Məscidin bərpası zamanı onun alt qatlarında daha qədim, X əsrə gedib çıxan tikililərə rast gəlinir. Qazıntılar sübut edir ki, bu ərazisində X əsrdən yaşayış olub”, -deyə Miryəhya Cəfərzadə bildirib.