ELM VƏ TƏHSİL


“Şeyx Sənan” əsəri multikulturalizm baxımından böyük əhəmiyyət kəsb edir

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin yazılmasının 105, ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibətilə “Şeyx Sənan” – Azərbaycan ədəbiyyatında ilk mənzum tarixi faciə” mövzusunda elmi sessiya keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Şeyx Sənan” faciəsində dünyəvi və ilahi eşqin təqdimi” mövzusunda məruzə edib. Alim vurğulayıb ki, Hüseyn Cavid “Şeyx Sənan” əsərində klassik ədəbiyyatdan və folklordan da bəhrələnməklə çox gözəl bir məhəbbət dastanı yaratmağa nail olub.

Sonra elmi işçi Sərvər Şirinovun “Şeyx Sənan” və multikulturalizm” mövzusunda məruzəsi dinlənilib. O qeyd edib ki, Hüseyn Cavidin “Şeyx Sənan” əsəri multikulturalizm baxımından böyük əhəmiyyət kəsb edir. Böyük sənətkar multikultural dəyərlərə sadiq qalmaq kimi ülvi idealları əsərdə orijinal formada canlandırıb.

Tədbir iştirakçıları “Şeyx Sənan” əsəri ilə bağlı eksponatlardan ibarət sərgi ilə də tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.