CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə: Allah şəhidlərə rəhmət eləsin!

Bakı, 1 dekabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə helikopter qəzasında şəhid olan hərbçilərin ailələrinə və doğmalarına başsağlığı verib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan başsağlığında deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!

Şeyxülislam Allahşükür Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfa diləyir, tezliklə sağalmaları üçün dualar edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.