Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak edir

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nursultan şəhərinin Müstəqillik sarayında Dünya və ənənəvi din liderlərinin VII Qurultayı işinə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə tədbirdə iştirak edir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 14-15-də keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayın budəfəki mövzusu “Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu”dur. Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimləri iştirak edirlər.

Qurultayın açılış mərasimində salamlama nitqi ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayev çıxış edib. Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşimbayevin moderatorluq etdiyi Qurultayda Vatikanın başçısı, Zati-müqəddəsləri Roma Papası Fransisk salamlama çıxışı edib. Daha sonra Əl-Əzharın Baş imamı Şeyx Əhməd Ət-Tayyib, Moskva Patriarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy, İsrailin Baş Sefard ravvini İtsxak İosif salamlama çıxışları ediblər. Habelə, BMT-nin Baş katibi Antonio Quterreş Qurultay iştirakçılarına videomüraciət edib.

Qurultayın açılışının sonunda xatirə fotosu çəkilib və mükafatlandırma mərasimi olub. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dinlərarası dialoqa töhfələrinə görə Astana Beynəlxalq Mükafatına layiq görülüb və Qurultayın Fəxri medalı ilə təltif olunub.

Qazaxıstan Qurultaylarının daimi iştirakçısı olan şeyxülislam Allahşükür Paşazadə plenar iclasda çıxış edib. Şeyxülislam öz çıxışını Bir Olan Uca Yaradanımızın Adı ilə başlayıb: “Möhtərəm Qurultay iştirakçıları, din, dövlət və ictimai xadimlər, əziz qardaşlar və bacılar. Mötəbər toplantımızın iştirakçılarını səmimi salamlayır, Azərbaycan Prezidenti İlham Əliyevin salam və xeyir-dualarını qardaş qazax xalqına və Qurultay nümayəndələrinə yetirməkdən şərəf duyur, Ulu Rəbbimizdən bəşər ailəsi naminə bütün səy və fəaliyyətlərimizə rəvac verməsini diləyirəm. Dünyanın nüfuzlu dini liderlərinin ənənəvi zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillik ərzində təsdiq etmiş qlobal dinlərarası dialoq müstəvisidir. Bu qurultayın müstəsna əhəmiyyəti dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması olmasındadır. Belə bir bəşəri əhəmiyyətli ideyanın ərsəyə gəlməsi və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə, onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim. Prezident Kasım Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan demokratik tərəqqi və mənəvi inkişaf yollarında inamla irəliləməkdədir. Ölkənin siyasi, iqtisadi sahədə olduğu kimi, mədəni-mənəvi irsinin inkişafı üçün böyük işlər görülür, dəyərli layihə və təşəbbüslərə ev sahibliyi edilir. Əminik ki, Qazaxıstan dövləti bundan sonra da dinlər və sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu davam etdirəcəkdir.

Möhtərəm Qurultay iştirakçıları, dünya böyük təlatümlər yaşadığı, xüsusən, bəşəriyyətin XXI əsrdə üzləşdiyi ən təhlükəli təhdidlərdən olan koronovirus pandemiyasından tam qurtulmadığı bir dönəmdə insanların dərin sarsıntılar sonrası sosial-iqtisadi problemləri xüsusilə qabarır ki, bunun qarşısının alınmasında mənəvi amil mühüm rol oynayır, insan həmrəyliyi ideyaları hər zamankından daha artıq önəm kəsb edir. Dini liderlərin Uca Yaradan qarşısında ən mühüm vəzifəsi Rəbbimizin buyurduqlarını insanlara çatdırmaq, onları ilahi ideyalar işığında mənən gücləndirməkdir. Biz öz fəaliyyətlərimizdə Zati-müqəddəsləri Papa Fransisk həzrətləri ilə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətlərinin imzaladıqları İnsan Qardaşlığı sənədində, habelə, tarixi Məkkə bəyannaməsində dinlərarası dialoq və əməkdaşlığa, qarşılıqlı anlaşma və sülh şəraitində dinc yanaşı yaşayışa dair müddəaları təqdir edirik. Hər zamankı kimi bugünkü Qurultayımızda da biz etnik və dini zəmində diskriminasiya və ekstremizm meyllərini, xristianofobiya, islamofobiya, antisemitizmi, ksenofobiyanın hər hansı təzahürlərini, dindən siyasi məqsədlər üçün sui-istifadə hallarını qətiyyətlə pisləməliyik. Bəşər ailəsinin üzvləri arasında ksenofobiya, qarşıdurma, nifaq toxumu səpən nifrət çağırışları və dözümsüzlük təzahürləri bəşər üçün dəhşətli təhlükə mənbəyidir. Bu əsnada, konfessiyalararası sülh və anlaşma, dinlərarası dialoq və əməkdaşlıq dini liderlərin dünya miqyasında sülh, təhlükəsizlik və əmin-amanlıq mühitinin formalaşmasına ən böyük töhfələri ola bilər. Din xadimi olaraq, bütün siyasət xadimlərinə müraciət edərək onları dünyanı xilas edəcək ideyalara üstünlük verməyə, silahların susdurulmasına, barış mühitinin bərqərarı naminə diplomatik səyləri dəstəkləməyə çağırıram. Hamımız şahidik ki, dünya olduqca təhlükəli həddə silahlanmaqda, hərbi xərclər artdıqca hərb düşüncəsi şüurlara daha artıq hakim olmaqdadır. Təəssüflər olsun ki, silahlanmaya trilyonlarla vəsait sərf olunur, halbuki, çəkilən xərclərlə dünyanın müxtəlif qitələrində, xüsusilə, Afrika ölkələrində bir parça çörəyə, bir içim suya möhtac, səfalətə düçar olmuş milyonlarla insanın bütün sosial-humanitar problemlərini həll etmək olardı. Dünya siyasətini yönləndirən idarəçilər bu barədə düşünməli, mərhəmətli olmalıdırlar. Dini liderlər, öz növbələrində, çağırış və moizələri ilə qarşıdurma və münaqişələrə yol verilməməsi üçün milyonlarla ardıcıllarını barış və qarşılıqlı ehtiramın hökm sürdüyü cəmiyyətlər kimi formalaşdırmaq yönündə fəaliyyətlərini daha da artırmalıdırlar. Müqəddəs Qurani-Kərimdə buyurulur ki: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin” (Əraf, 56). Bütün dinlər bəşərə ətraf mühitə mərhəmət, ehtiram ruhunu təlqin edir və əks təqdirdə yaşanacaq fəlakət, böhran və imtahanlardan xəbərdar edir. Yaşadığımız humanitar xarakterli böhranlar, həmçinin, münaqişə və müharibələrin fəsad-nəticəsidir. 30 illik işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda işğal dövründə Qarabağda yandırılmış torpaq, çirkləndirilmiş su hövzələri, məhv edilmiş təbiət, vandalizm və həqarətlərə məruz qalaraq dağıdılmış mədəni-mənəvi irs, basdırılmış saysız-hesabsız minalar bizim öz əzəli torpaqlarımıza qayıdışımızı əngəlləyir, yüzlərlə dinc insanın bu gün də həyatına son qoyur, sağlamlığına zərər verir. Təəssüf ki, bu gün də bəzi din xadimləri öz xalqlarını sülhə deyil, müharibəyə, qarşıdurmaya çağırır.

Möhtərəm Qurultay iştirakçıları, hər zamankı kimi vurğulamaq istərdim ki, müasir dünyanın mövcud təhdid və dünyada təhlükələrin qarşısının alınmasında, cəmiyyətin problemlərinin həllində real nəticələr dövlət, ictimaiyyət və din xadimlərinin birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Bugünkü Qurultay çərçivəsində məhz bu formatda görüş imkanının yaradılmasına, mötəbər tədbirin ali səviyyədə təşkil olunmasına və yüksək qonaqpərvərliyə görə şəxsim və Azərbaycan xalqı adından qardaş Qazaxıstan dövlətinin rəhbərliyinə bir daha dərin minnətdarlığımızı və ən xoş arzularımızı yetirirəm. Əminəm ki, bu gün bizlərin qardaşlıq məclisində bir araya gəlməyimiz sülhə, ədalətə, mənəvi yüksəliş və bəşərin ümumi mənafelərinə ali xidmət olacaqdır, İnşallah. Uca Yaradan ölkələrimizdə daim sülh və əmin-amanlıq qərar versin, dünyanı hifz etsin. Amin!”.

Qurultay öz işini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb