CƏMİYYƏT


Şeyxülislam: Aşura günündə insanlar özlərinə əziyyət verməməli, bədənlərinə xəsarət yetirməməlidirlər VİDEO

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur. Azərbaycanda olan dini konfessiyaların nümayəndələri rahat şəkildə yaşayır, ibadətlərini yerinə yetirirlər.

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində bildirib.

Londonda yerləşən səfirliyimizə edilən hücumu vandallıq adlandıran QMİ sədri deyib: “Bizim bayrağımıza edilən hərəkət bütün Azərbaycana hörmətsizlikdir. Biz bununla bağlı bəyanat yayaraq xarici ölkələrin müvafiq qurumlarına göndərdik. Böyük Britaniya müstəqil dövlət olduğu üçün bu hadisəsinin baş verməsi şübhə doğurur. Səfirliyimizə edilən hücumun arxasında bizim uğurumuzu həzm edə bilməyən qüvvələr dayanır”.

Allahşükür Paşazadə Londonda baş verən hadisə ilə bağlı ölkəmizə dəstəyini nümayiş etdirən Türkiyənin Diyanət İşləri sədri Ali Erbaşa təşəkkürünü bildirib, O deyib: “Eyni zamanda, Türkdilli Dövlətlər Təşkilatı da öz dəstəyini bildirdi”.

“Kərbəla şəhidləri ilə bərabər, biz öz şəhidlərimiz üçün də dualar oxuyur, ehtiyacı olanlara qan veririk. Azərbaycanın qanvermə ilə bağlı müsbət ənənələri artıq başqa müsəlman ölkələrində də yayılır. Bizdən sonra həmin ölkələrdə də Aşura günündə qan verməyə başlayıblar”, - deyən şeyxülislam qeyd edib ki, Aşura günündə insanlar özlərinə əziyyət verməməli, bədənlərinə xəsarət yetirməməlidirlər. Həmin gün qanvermə aksiyasında iştirak etmək ən düzgün yoldur.

QMİ sədri Azərbaycanda tolerantlığın, dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Şeyxülislam ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.