Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şeyxülislam: Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə üçtərəfli görüşə hazırlıq müzakirə olunur

Şeyxülislam: Rus Pravoslav Kilsəsinin nümayəndələri ilə üçtərəfli görüşə hazırlıq müzakirə olunur

Moskva, 9 dekabr, AZƏRTAC

Moskvada keçirilən Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda XVIII beynəlxalq müsəlman forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycan jurnalistlərinə müsahibə verib. Bütün Qafqazın şeyxi səfər çərçivəsində Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşü və müzakirə olunan məsələlər barədə danışıb.

AZƏRTAC müsahibəni təqdim edir

-Şeyx həzrətləri, Rusiya paytaxtına səfəriniz çərçivəsində növbəti dəfə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşdünüz. Budəfəki görüşünüzdə hansı məsələlər müzakirə olundu?

-Moskvaya səfərim çərçivəsində Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə görüşüm oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra təxminən 30 il ərzində biz mütəmadi görüşlər keçirmişik. Biz əsirlərin mübadiləsində, erməni tərəfinə meyitlərin verilməsi, bizim şəhidlərin meyitlərinin alınmasında müraciətlər etmişik. Rus Pravoslav kilsəsi bu istiqamətdə addımlar atıb. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu Soçi Sammitində üç ölkənin dini liderlərinin görüşü barədə qərar qəbul edilmişdi. Biz bu məsələni də müzakirə etdik. Görüşün təşkili, formatı, məzmunu, sülh müqaviləsinin imzalanması işinə dini liderlərin töhfəsi barədə danışdıq.

Bir saatdan çox davam edən söhbətimizdə biz erməni kilsəsinin bəzi bəyanatlarını şərh etdik. Mən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi, 2020-ci ilin noyabrından sonra terror aktı törətmək üçün torpaqlarımıza gəlmiş hərbçilərin hərbi əsir olmadıqlarını patriarx Kirillin diqqətinə çatdırdım. Bir adam insan ölümü üçün qəsd edərək bu torpağa gəlibsə, deməli, o, cəzasını çəkməlidir. Lakin əli qana bulaşmamış əsirlər var, məsələn, bu yaxınlarda cənab Prezident 17 nəfəri əfv edərək Ermənistana qaytarılmasına icazə verdi.

Bundan başqa, erməni tərəfinin guya kilsələrin mənşəyinin dəyişdirilməsi barədə iddiaları da müzakirə olundu. Biz patriarx Kirillin diqqətinə çatdırdıq ki, erməni tərəfinin dedikləri yalandır və azad olunmuş ərazilərdə məscidlər də, kilsələr də bərpa olunur. Dövlətimizin başçısı heç bir fərq qoymadan, mədəni irsə eyni yanaşma sərgiləyir. Bu mədəni irsin hamısı Azərbaycan torpaqlarındadır.

Ermənilərin bizim məscidlərə münasibəti, vandalizm faktları, məscidlərimizdə donuz saxlamaları, Rus Pravoslav Kilsəsinin dağıdılması faktlarını da patriarx Kirillin diqqətinə çatdırdım və o, bu məsələyə, əlbəttə, mənfi münasibətini bildirdi. Mən Kirill həzrətlərinə dedim ki, Ağdam tamamilə dağıdılıb, hətta ermənilər Rus Pravoslav Kilsəsinin mənşəyini dəyişiblər. Orada Alban-Udi kilsələri var, onlar vaxtilə ermənilər tərəfindən zəbt olunub və indi həmin kilsələr də öz sahiblərinə qaytarılmalıdır, həmin kilsələr də təmir olunur.

Patriarx Kirillə söhbətimdə bu günlərdə Xankəndiyə Moskvadan yeni bir şəxsin gəlməsi, orada xalqı revanşizmə çağırması və erməni kilsəsinin rəhbərinin də bunu dəstəkləməsinin təəssüf doğurduğunu qeyd etdim. Erməni kilsəsinin rəhbərinin Xankəndiyə gedərək, oradakı hərbçiləri revanşizmə çağırmasının, “bizim mübarizəmiz bitməyib, hələ də davam edəcək” deməsinin düzgün addım olmadığını dedim. Biz istərdik ki, erməni kilsəsi sülhə çağırsın. Biz başda Qaregin olmaqla, erməni kilsəsini sülh məsələlərində bir olmağa, dövlət rəhbərlərimizin qəbul etdikləri qərarlara, sülh sazişlərinə, dövlətlərin dünya ictimaiyyəti, BMT tərəfindən tanınmış sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq.

Qeyd edim ki, patriarx Kirillin Azərbaycana, dövlətimizin başçısına böyük ehtiramı var. Mən Prezidentimizin salam-dualarını ona çatdırdım. O da xahiş etdi ki, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onun salamlarını çatdırım.

Qərara gəldik ki, gələcəkdə birgə işimizi davam etdirəcəyik. Ermənistan-Azərbaycan münaqişəsinin dini məcraya yönəlməməsi istiqamətində gördüyü işlərə görə patriarx Kirillə təşəkkürümüzü bildirdik.

-Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünün yekunlarına dair qəbul edilmiş Bəyanatda dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqun davam etdirilməsi nəzərdə tutulmuşdu. Belə bir görüşün keçirilməsi müzakirə olunurmu?

-Belə bir qərar qəbul olunub ki, həm bizim, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri görüşüb üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə etsinlər. Patriarx Kirill də Ermənistan tərəfi ilə əlaqə saxlayacaq. Ermənistan tərəfi də öz fikirlərini deyəcək və ümumi rəyə gələcəyimiz təqdirdə bizim görüşümüz baş tutacaq. Bunu, əlbəttə, mən də istəyirəm, patriarx həzrətləri də istəyir. Əgər Ermənistan tərəfi bu görüşə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək. Biz öz torpaqlarımızı azad etmişik, bu gün onların bizə ehtiyacı var və düşünürəm ki, onlar da razılıq verəcəklər.

- Moskvada keçirilən konfransda siz Ermənistanda revanşizm ideyalarının səsləndiyini konfrans iştirakçılarının diqqətinə çatdırdınız. Ermənistandakı bu əhval-ruhiyyə barədə nə deyə bilərsiniz?

- Bu il biz 10 yüksək səviyyəli beynəlxalq konfransda iştirak etmişik. Məsələn, ilin əvvəlində Müqəddəs Taxt-Tacın dəvəti ilə Vatikanda olduq, Papa Fransisklə görüşdük. Avropa Şurası Baş katibinin müavini Byorn Berge, G20 ölkələri dini liderlərinin sammitində və digər tədbirlərdə Azərbaycanın mövqeyi, apardığı siyasət, öz torpaqlarını işğaldan azad etməsi, Ermənistanın 30 il işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vandalizm aktları, ərazilərimizin minalanması, erməni kilsəsinin revanşizmə çağırışları diqqətə çatdırılıb. Azad olunmuş ərazilərdə mədəni irsimizin dövlətimiz tərəfindən bərpa olunması, bütün dinlərin abidələrinə eyni şəkildə yanaşılması dünya ictimaiyyətinə çatdırılır. Bundan əlavə, biz türkdilli dövlətlərin din liderlərinin Şuşada toplantısını keçirdik və bəyanat qəbul etdik. Ona görə də, “Ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri” mövzusunda Beynəlxalq Müsəlman Forumu kimi konfransın Moskvada keçirilməsi bu baxımdan vacib əhəmiyyət daşıyır. Bugünkü forumun iştirakçılarının əksəriyyəti dünyada sülhün, əmin-amanlığın, xalqlar arasında mehribanlığın bərqərar olmasını təbliğ edirdilər. Mən də çıxışımda Ermənistanın torpaqlarımızda törətdiyi vəhşiliklər, Azərbaycan dövlətinin gördüyü quruculuq işləri barədə danışdım. Ümid edirəm ki, forum da xalqlar arasında sülhə, barışığa öz töhfəsini verəcək. Belə bir tədbirin təşkilinə görə Rusiya dövlətinə və dini liderlərə təşəkkürümüzü bildiririk. Türkiyənin diyanət işləri başkanı Ali Erbaş cənablarının da bu forumda iştirakı, çıxışı bizi çox fərəhləndirdi.

-Patriarx Kirillə görüşlərinizdən birində Moskvada azərbaycanlıların məscid tikməsi üçün torpaq sahəsi ayrılması məsələsini qaldırdığınızı bildirmişdiniz. Hazırda bu məsələ müzakirə olunurmu?

- Mən çox arzu edirəm ki, Moskvada azərbaycanlıların öz məscidi olsun. Bu istiqamətdə də çox çalışdım. Rusiya Prezidentinə, həm Dmitri Medvedyevin dövründə, daha sonradan Vladimir Putinə müraciət elədim. Məscid üçün yer ayrılması ilə bağlı Moskva meri Sergey Sobyaninə də müraciətim olub. Çox istəyirəm ki, Rusiya dövləti bu məsələyə müsbət reaksiya versin. Biz istəyirdik ki, təkcə məscid deyil, ora azərbaycanlıların mədəniyyət mərkəzi kimi fəaliyyət göstərsin, orada bazar günü məktəbi açılsın. Bu məsələlər Patriarx Kirillə görüşlərdə də dəfələrlə qaldırılıb. Patriarx Kirillin bu məsələdə zəhməti çox olub. Lakin hələlik heç bir müsbət cavab almamışıq. Bunun üçün Moskvada yaşayan azərbaycanlıların birliyi olmalıdır. Üç dini icma birləşib məscid üçün müraciət etməlidir. Rusiya qanunvericiliyi bunu tələb edir. Söhbət qeydiyyatdan keçmiş dini icmalardan gedir. Təəssüflər olsun ki, bu birlik yoxdur. Bunun üçün Moskvadakı azərbaycanlıların üç dini icmasının birliyi olmalıdır. Onlar birlikdə məscid üçün yer ayrılması və məscid inşasına icazə verilməsi üçün müraciət edə bilərlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Hacıqabulda dəmir yolu xəttini keçmək istəyən qadını qatar vurub

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar