REGİONLAR


Səyyar “ASAN xidmət” Ağsuda

Ağsu, 24 oktyabr, AZƏRTAC 

Səyyar “ASAN xidmət” oktyabrın 23-dən etibarən Ağsuda iyirmi gün rayon sakinlərinə xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, şəhərdə Azərbaycan küçəsində fəaliyyətə başlayan “ASAN xidmət”ə müraciət edənlər ilk gündən heç də az deyil. Belə ki, fəaliyyətə başladığı birinci gün - oktyabrın 23-də 125 nəfər ağsulu bu xidmətdən yararlanıb.

Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Həmçinin sakinlər daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışları, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışları və texniki pasportları da əldə edə bilərlər.

Səyyar “ASAN xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.