REGİONLAR


Səyyar “ASAN xidmət” İsmayıllıda vətəndaşlara xidmət göstərir

İsmayıllı, 2 iyul, AZƏRTAC

Səyyar “ASAN xidmət” iyunun 29–dan İsmayıllıda fəaliyyətə başlayıb və iyulun 28-dək rayon sakinlərinə xidmət göstərəcək.

Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin səyyar xidmət avtobusunun qrup rəhbəri Ayaz Mirzəyev AZƏRTAC–ın bölgə müxbirinə bildirib ki, vətəndaşların müraciətləri ilə əlaqədar onlara Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmək Məsələləri Dövlət Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlər göstəriləcək. Bu xidmətlərə sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklüyünə) dair dövlət reyestrinə arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri üzərində və torpaq sahələri üzərində təkrar mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi aiddir.

Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlara, habelə funksional yardım xidmətləri göstərilir. Bu xidmətlərə tibb və poçt xidmətləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.